Quba soyqırımı məzarlığını 100 mindən çox insan ziyarət edib - VİDEOREPORTAJ

Quba soyqırımı məzarlığını 100 mindən çox insan ziyarət edib - VİDEOREPORTAJ Ziyarətçilərə ermənilərin Qubada törətdiyi vəhşiliklər və bu qırğınların real nişanələri haqqında məlumat verilib
Multimedia
31 Mart , 2016 17:41
Quba soyqırımı məzarlığını 100 mindən çox insan ziyarət edib - VİDEOREPORTAJ

Quba. 31 mart. REPORT.AZ/ Bu gün Quba rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü yad edilib. "Report"un məlumatına görə, səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksini 100 mindən artıq insan ziyarət edib.

Azərbaycanın bütün bölgələrindən minlərlə vətəndaş, o cümlədən ziyalılar, pedaqoji kollektivlər və məktəblilər, eyni zamanda, beynəlxalq ictimaiyyətin nümayəndələri Quba Soyqırımı Memorial Kompleksinə gələrək buradakı abidəni ziyarət edib, soyqırım qurbanlarının xatirəsini yad ediblər.

Ziyarətçilərə ermənilərin Qubada törətdiyi vəhşiliklər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Kompleksin açılışı 2013-cü ildə olub.

Son xəbərlər

Orphus sistemi