Bakı. 29 iyun. REPORT.AZ/ Qəbələnin eyniadlı klubu sabah Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi oyunöncəsi son məşqinə çıxıb.
"Report" xəbər verir ki, məşq prosesi oyunun keçiriləcəyi "Bakcell Arena"da baş tutub. Stadionda "Samtredia" klubu da son məşqini edib.
"Qəbələ" sabah sözügedən stadionda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək.
Məşqdən fotoları təqdim edirik