"Qəbələ" Avropa Liqasına darmadağınla başlayıb - FOTOREPORTAJ

"Qəbələ" Avropa Liqasına darmadağınla başlayıb - FOTOREPORTAJ "Qəbələ" "Samtredia"nı 5:1 hesabı ilə məğlub edib
Multimedia
30 İyun , 2016 22:53
Qəbələ Avropa Liqasına darmadağınla başlayıb - FOTOREPORTAJ

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün "Qəbələ" klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb.

"Report"un məlumatına görə, oyun "Bakcell Arena"da keçirilib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İlk dəqiqələrdən hücumların sayını artıran "qırmızı-qaralar" matçın 15-ci dəqiqəsində istəyinə çatıb. 4 dəqiqə sonra Sergey Zenyov ikinci topu rəqib qapısından keçirib. Lakin Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu hesabla kifayətlənməyib. Görüşün 30-cu dəqiqəsində komandanın yeni transferi Teo Viks adını tabloya yazdırıb. İlk hissə bu hesabla da başa çatıb.

İkinci hissədə isə toru silkələmək "Samtredia"ya nəsib olub. Laşa Şerqelaşvili 59-cu dəqiqədə Dmitri Bezotosnının qoruduğu qapıya yol tapıb. Hücumların sayını artıran "Qəbələ" rəqibin qolundan 10 dəqiqə sonra yenidən qol sevinci yaşayıb. Teo Viks dubla imza atıb. Bununla kifayətlənməyən Azərbaycan təmsilçisi 72-ci dəqiqədə futbol azarkeşlərinə yenidən qol sevinci yaşadıb. Bu dəfə də T.Viks qonaqları məyus edib və bununla da het-trikə imza atıb.

"Qəbələ" bir həftə sonra Gürcüstanda keçiriləcək cavab görüşündən sərfəli nəticə ilə dönərsə "Aktobe" (Qazaxıstan) - ("Budapeşt") Macarıstan cütünün qalibi ilə II təsnifat mərhələsində qarşılaşacaq.

21:00. "Qəbələ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 5:1

Qollar: Vojislav Stankoviç, 15. Sergey Zenyov, 19. Teo Viks, 30; 69; 72 - Laşa Şerqelaşvili, 59

Baş hakim: Denis Şerbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka

Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi