Qafqazın qədim şəhərinin modern siması - FOTOREPORTAJ

Qafqazın qədim şəhərinin modern siması - FOTOREPORTAJ "Report" Tiflisdən fotoreportajı təqdim edir
Multimedia
17 Fevral , 2015 12:30
Qafqazın qədim şəhərinin modern siması - FOTOREPORTAJ

Bakı. 17 fevral. REPORT.AZ/ "Report" Qafqazın qədim şəhərlərindən biri olan Tiflisdən fotoreportajı təqdim edir.

Şəhərin tarixi rayonlarından biri olan Abanotubanidə, Azərbaycan səfirliyinin yanında 2004-cü ildə Heydər Əliyev adına parkın əsası qoyulub.

Park zərif döymə hasar ilə əhatə olunub, əsrarəngiz çalarlı işıqlar, ustalıqla hazırlanmış mənzərəsini xüsusi qeyd etmək olar. Parkın çox hissəsi Bakının qala divarlarını xatırladır. Gecələr aydın və gözəl görüntü üçün əhəng daşından istifadə olunub. Əsas element isə hazırda London muzeyində saxlanan əfsanəvi "Şeyx Səfi" xalçasına bənzəyən fəvvarənin olmasıdır.

Heydər Əliyev adına parka yaxın ərazidə şəhərin modern memarlıq nümunəsinə çevrilmiş "Sülh körpüsü" salınıb. Son dövrlərdə Gürcüstan paytaxtının ən möhtəşəm layihələrindən biri 2010-cu ildə Kür çayının sahilində italyan layihəsi əsasında inşa olunan 156 metrlik şüşə körpüdür. Körpü piyadalar üçün nəzərdə tutulub. Körpü şəhərin tarixi hissəsi ilə yeni hissəsini birləşdirdiyi üçün, simvolik olaraq tarixin müxtəlif dövrlərini bir-birinə bağlayır, sanki keçmişdən gələcəyə addımlayırsan. Körpünün görünüşü çox cəlbedicidir, hətta çox uzaq məsafədən belə rahat görünür.

Son xəbərlər

Orphus sistemi