Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır - FOTO

Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır - FOTO Məqsəd yol qəzalarının qarşısını almaq və tıxacları minumuma endirməkdir
Multimedia
25 Dekabr , 2015 11:26
Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır - FOTO

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqforların quraşdırılmasına başlanılıb. "Report"un məlumatına görə, Xocalı prospektinin Ş.İ.Xətai metrosunun qarşısından keçən hissəsində dörd ədəd yeni elektron işıqfor quraşdırılıb. 

Qeyd edək ki, Bakıda nizamlanmayan piyada keçidləri yerləşdiyi ərazilərdə mütəmadi olaraq günün pik saatlarında avtomobil tıxacları yaranır. Bu səbəbdən də nizamlanmayan piyada keçidlərində baş verə biləcək hər hansı yol-nəqliyyat hadisəsinin qarşısını almaq və yarana biləcək tıxacları minumuma endirmək üçün həmin ərazilərdə yol-patrul xidmətinin əməkdaşları xidmət aparırdı.

Son xəbərlər

Orphus sistemi