Neft quyularında yanğın belə söndürüldü - VİDEO

Neft quyularında yanğın belə söndürüldü - VİDEO Özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək
Multimedia
17 Dekabr , 2015 14:35
Neft quyularında yanğın belə söndürüldü - VİDEO

Bakı. 17 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində gördüyü işlərlə bağlı videogörüntü yayıb. Nazirlikdən “Report”a bildirilib ki, özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək.

Qeyd edək ki, dekabr 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir. Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub. Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilib. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi