Moskvadakı Cümə məscidində Qurban bayramı qeyd olunub - FOTOREPORTAJ

Moskvadakı Cümə məscidində Qurban bayramı qeyd olunub - FOTOREPORTAJ Rusiya paytaxtının məscidlərini 1 milyonadək insan ziyarət edib
Multimedia
12 Sentyabr , 2016 15:17
Moskvadakı Cümə məscidində Qurban bayramı qeyd olunub - FOTOREPORTAJ

Moskva. 12 sentyabr. REPORT.AZ/ Rusiyada müsəlmanlar Qurban bayramını qeyd edib.

"Report"un Moskva müxbirinin verdiyi xəbərə görə, bazar günü gecə saatlandan Moskvada yaşayan minlərlə müsəlman Rusiya paytaxtındakı Cümə məscidində toplaşaraq bayram namazı qılıblar.

Məscidə keçə bilməyənlər isə ibadətlərini məscidin ətrafında ediblər. Bir qədər sonra yaxınlıqdakı küçələrə xalçalar salaraq müsəlmanlar ibadətlərini davam etdirdilər.

Rusiya paytaxtının DİN idarəsinin verdiyi məlumata görə, sentyabrin 11-i və 12-si səhər saatlarında Moskva məscidlərini 1 milyonadək insan ziyarət edib. 

Son xəbərlər

Orphus sistemi