​Məcnun Hacıbəyov: "Mən adi aktyoram, öləndə nə olar?" - VİDEOREPORTAJ

​Məcnun Hacıbəyov: "Mən adi aktyoram, öləndə nə olar?" - VİDEOREPORTAJ "Hər kəsə deyirdim ki, narahat olmayın mən yaxşıyam"
Multimedia
2 May , 2016 19:13
​Məcnun Hacıbəyov: Mən adi aktyoram, öləndə nə olar? - VİDEOREPORTAJ

Quba. 2 aprel. REPORT.AZ/ "Bu gün mənim ailə üzvlərim, sənət dostlarım, yaxınlarım və məni tanıyan hər kəs çox narahat olub. Mən adi aktyoram, öləndə nə olar?" Bunu "Report"un Şimal bürosunun müxbirinə əməkdar artist, aktyor Məcnun Hacıbəyov deyib.

Səhhətinin yaxşı olduğunu bildirən M.Hacıbəyov vurğulayıb ki, mətbuatda ölüm xəbərinin yayılmasını oğlundan eşidib: "Oğlum mənə zəng edib halımı soruşdu və bəzi saytlarda ölüm xəbərimin yayıldığını dedi. Sonra sənət dostlarım, yaxınlarım, jurnalistlərdən tez-tez zənglər gəldi və hər kəsə deyirdim ki, narahat olmayın mən yaxşıyam".

"Report" əməkdar artistlə bağlı hazırladığı videoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi