​İtkin düşənlərin ailə üzvləri helikopterlərlə axtarış işlərinə qoşulub - FOTOREPORTAJ

​İtkin düşənlərin ailə üzvləri helikopterlərlə axtarış işlərinə qoşulub - FOTOREPORTAJ Ayrılan helikopterlərdən biri ilə itkin düşənlərin yaxınları, digər ikisi ilə isə media nümayəndələri uçub
Multimedia
29 Dekabr , 2015 14:26
​İtkin düşənlərin ailə üzvləri helikopterlərlə axtarış işlərinə qoşulub - FOTOREPORTAJ

Bakı. 29 dekabr. REPORT.AZ/ Təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvləri bu gün axtarış işləri ilə tanış olmaq üçün yaxınlarının itkin düşdükləri əraziyə gediblər. "Report" xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xahişi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) 3 helikopter ayırıb.

Ayrılan helikopterlərdən biri ilə itkin düşənlərin yaxınları, digər ikisi ilə isə media nümayəndələri uçub.

Xüsusi ayrılmış helikopterlər axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan işlərə cəlb olunublar.

Təxminən 1 saat davam edən axtarış prosesi zamanı itkin düşənlərin yaxınları prosesin gedişi ilə tanış olublar.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

Həmin vaxt özüldə 63 nəfərin olduğu bildirilir, bu günədək 33 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılıb, 22 nəfər axtarılır.

"Neft Daşları"nın 501 nömrəli özülündə baş vermiş qəza zamanı 3 neftçi itkin düşüb və onların da axtarışı davam etdirlir.

Son xəbərlər

Orphus sistemi