İtaliyada zəlzələ - FOTO - VİDEO

İtaliyada zəlzələ - FOTO - VİDEO Zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
Multimedia
24 Avqust , 2016 10:59
İtaliyada zəlzələ - FOTO - VİDEO

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhəri yaxınlığında 6,2 maqnituda gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, şəhər meri Sercio Pirotsi televiziyada çıxış edərkən şəhərdə binalara böyük zərər dəydiyini, tikililərin dağıntıları altında insanların ola biləcəyini, körpünün çox güman böyük zərbə aldığını bildirib.

Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

İlkin məlumatlara görə, Akkumoli şəhərində azı 6 nəfər ölüb, Arkuata del Trontoda 2, Amatriçedə 5 nəfər dünyasını dəyişib. Bundan əlavə, Peskara del Tronto şəhərində bir uşaq həyatını itirib.

Son xəbərlər

Orphus sistemi