İsa peyğəmbərin köynəyinin saxlanıldığı monastır - FOTOREPORTAJ

İsa peyğəmbərin köynəyinin saxlanıldığı monastır - FOTOREPORTAJ O, müqəddəsləri təsvir edən freskaları ilə məşhurdur
Multimedia
20 Aprel , 2015 16:58
İsa peyğəmbərin köynəyinin saxlanıldığı monastır - FOTOREPORTAJ

Bakı. 20 aprel. REPORT.AZ/ Gürcüstanın Msxeti şəhərinin ən əhəmiyyətli tarixi abidələrindən biri Svetitsxoveli monastırıdır (gürcü dilində həyatverici məkan mənasını verir).

XII əsrin əvvəllərində tikilən monastır o zaman taxtadan inşa olunub. O, müqəddəslərin təsvir olunduğu freskaları ilə məşhurdur. Əsasən də ətrafında Gürcüstan tarixinin müxtəlif dövlərinə aid görkəmli xadimlərin, o cümlədən çariça Tamaranın da əks olunduğu çarmıxa çəkilmiş İsanın təsvir edildiyi freska böyük maraq kəsb edir. Çarmıxa çəkilən İsanın ətrafında uçan boşqablara bənzəyən əşyalar görmək olar. Bunlar əslində Günəş və Ayın simvollarıdır.

Monastırın daha bir nəzərəçarpacaq xüsusiyyəti də burada İsa peyğəmbərin köynəyinin saxlanılmasıdır. Bunu İsanın ölümündən sonra büküldüyü məşhur turin parçası ilə səhv salmaq olmaz.

Ümumilikdə monastır Qüdsdəki Qiyamət kilsəsinə bənzəyir. Burada həmçinin dini alovun insanlara endiyi gizli otaq da var.

Monastırda həmçinin Gürcüstanda məşhur olan Baqrationi sülaləsinin sərdabəsi, eləcə də Tbilisinin banisi hökmdar Vaxtanq Qurqasalinin məzarı da yerləşir. 

Son xəbərlər

Orphus sistemi