Divarları pərdədən olan məcburi köçkün yataqxanası - FOTOREPORTAJ

Divarları pərdədən olan məcburi köçkün yataqxanası - FOTOREPORTAJ Onlar torpaqlarının işğaldan azad edilməsi xəbərini eşitmək ümidi ilə yaşayırlar
Multimedia
14 Yanvar , 2015 15:09
Divarları pərdədən olan məcburi köçkün yataqxanası - FOTOREPORTAJ

Bakı. 14 yanvar. REPORT.AZ/ Binəqədi rayonunun "Dərnəgül" yaşayış sahəsində yerləşən yataqxanada yaşayan məcburi köçkünlər yaşayış şəraitlərindən narazıdırlar.

"Report"un məlumatına görə, Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlardan məcburi köçkün düşmüş sakinlər binanın qəzalı vəziyyətdə olmasından narahatdırlar. Onlar bildirir ki, hazırkı şəraitdə yaşamaq mümkün deyil: "Burada yaşamaq çox çətindir. Ailələr çox olduğundan otaqları pərdə ilə bölüb istifadə edirik".

Buradakı məcburi köçkünlər yeni mənzillərlə təmin olunmaq və torpaqlarının işğaldan azad edilməsi xəbərini eşitmək ümidi ilə yaşayırlar.

Son xəbərlər

Orphus sistemi