Bu gün Beynəlxalq Daun Sindromu Günüdür - FOTOREPORTAJ

Bu gün Beynəlxalq Daun Sindromu Günüdür - FOTOREPORTAJ Daun sindromu ilə doğulan məşhur
Multimedia
21 Mart , 2016 09:50
Bu gün Beynəlxalq Daun Sindromu Günüdür - FOTOREPORTAJ

Bakı. 21 mart. REPORT.AZ/ Bu gün Beynəlxalq Daun Sindromu Günüdür. "Report" xəbər verir ki, 2006-cı ildən Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə qeyd olunur. Daun sindromu xəstəlik deyil. Daun adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkim - Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Bu sindromun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır. Yəni hər bir hüceyrədə 46, ya da 20 cütlük var. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.

Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Daun sindromu ilə doğulan məşhur aktyorlar, rəssamlar və digər sənət sahibləri var.

"Report" Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar keçirdiyi “Biz də hamı kimiyik!” adı altında yürüşdən hazırladığı fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi