Bakı. 9 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 2-ci turun ilk matçı başa çatıb. "Report"un məlumatına görə, Danimarka və İsveç arasındakı qarşılaşmanın taleyi uzatma dəqiqələrində həll olunub.
80+3-cü dəqiqədə Bux Yensenin zərbəsi dəqiq olub. Bu qələbə sayəsində xallarını 4-ə çatdıran Danimarka 3 xalı olan İsveçi geridə qoyaraq, 1-ci yerə yüksəlib.