Bakıda tıxaca səbəb olan piyada keçidləri - FOTO

Bakıda tıxaca səbəb olan piyada keçidləri - FOTO Piyadalar xüsusi işarələnmiş keçidi qrup şəklində deyil, tək-tək keçdikdə tıxacların yaranmasına səbəb olurlar
Multimedia
30 Noyabr , 2015 16:22
Bakıda tıxaca səbəb olan piyada keçidləri - FOTO

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda bəzi küçələrdə piyada keçidlərində piyadalar tərəfindən yolun qeyri-nizamlı keçilməsi böyük tıxaclara səbəb olur.

"Report" xəbər verir ki, şəhərin müəyyən yerlərində səhər və axşam saatlarında yol polisi əməkdaşları piyada zolaqlarında hərəkəti tənzimləsə də, paytaxtın digər yollarında, habelə günün digər saatlarında piyada keçidinin tənzimlənməməsi uzun tıxaclara səbəb olur.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsinin I hissəsinə əsasən, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya işıqfor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalıdır. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Digər bir hal isə qanunun 75-ci maddəsinin 1-ci hissəsində göstərilir: sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Buradan görünür ki, sürücü hətta döndüyü yolda piyada keçidi olmasa da, piyadaya yol verməlidir.

Bu səbəbdən də piyadalar xüsusi işarələnmiş keçidi qrup şəklində deyil, tək-tək keçdikdə tıxacların yaranmasına səbəb olurlar.

Yolayrıcından kənardakı nizamlanmayan piyada keçidində piyadaya yol verməmək İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsi üzrə 50 manat cərimə, yolayrıcında dönərkən piyadaya yol verməmək isə Məcəllənin 151.2-ci maddəsi üzrə 60 manat cərimə və 3 cərimə balı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi