Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib, and içib

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib, and içib Milli Məclisdə Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsini təsdiqləyib.
Milli Məclis
23 Fevral , 2024 11:38
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib, and içib
Fikrət Məmmədov

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

“Report” xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin F.Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. O, daha sonra and içib.

Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.

Son xəbərlər

Orphus sistemi