Yevgeni Sloboda: "MDB-nin qısamüddətli müşahidəçiləri Bakıya gəlir"

Yevgeni Sloboda: "MDB-nin qısamüddətli müşahidəçiləri Bakıya gəlir" "MDB-dən qeydiyyatdan keçən qısamüddətli müşahidəçilərin ümumi sayı 147 nəfər təşkil edir, son günlər ərzində artıq 80 nəfər gəlib"
Milli Məclis
30 Oktyabr , 2015 15:49
Yevgeni Sloboda: MDB-nin qısamüddətli müşahidəçiləri Bakıya gəlir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda parlament seçkilərini izləmək üçün MDB missiyasından qısamüddətli müşahidəçilər Bakıya gəlməkdə davam edir. 

Bu barədə "Report"a MDB-dən oln Müşahidəçilər Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda bildirib. 

"MDB-dən qeydiyyatdan keçən qısamüddətli müşahidəçilərin ümumi sayı 147 nəfər təşkil edir, son günlər ərzində artıq 80 nəfər gəlib", - Y.Sloboda qeyd edib.

O vurğulayıb ki, MDB-dən olan Müşahidəçilər Missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev Azərbaycana bu gün gunorta saatlarında gələcək.

Y.Sloboda əlavə edib ki, noyabrın 1-də MDB müşahidəçiləri ölkənin yüzə yaxın seçki məntəqəsində monitorinq keçirəcək. 

Son xəbərlər

Orphus sistemi