Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası: Azərbaycanda seçkilər şəffaf və azad keçdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası: Azərbaycanda seçkilər şəffaf və azad keçdi "Seçkilər azad, demokratik, qanunvericiliyə uyğun olaraq rəqabət şəraitində keçib"
Milli Məclis
2 Noyabr , 2015 10:44
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası: Azərbaycanda seçkilər şəffaf və azad keçdi

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin gedişatını və nəticələrini yüksək qiymətləndirib.

"Report" xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbər müavini Ömər Kocamanın oxuduğu bəyanatda belə deyilir.

Sənəddə Azərbaycanın Seçki Məcəlləsinin mükəmməlliyi və dünya standartlarına uyğun olması xüsusi qeyd olunub.

Sənəddə deyilir: "Səsvermə günü bütün prosedurlar dəqiq və vaxtında icra olunub. Kiçik qüsurlar oldu amma bu, seçkilərin ümumi nəticəsinə təsir etməyib. Seçkilər azad, demokratik, qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq rəqabət şəraitində keçib".

Son xəbərlər

Orphus sistemi