Siyavuş Novruzov: "Parlament fəaliyyətə başladıqdan sonra YAP MSK-dakı təmsilçiləri ilə bağlı müzakirələr aparacaq"

Siyavuş Novruzov: "Parlament fəaliyyətə başladıqdan sonra YAP MSK-dakı təmsilçiləri ilə bağlı müzakirələr aparacaq" "Hazırda MSK-da YAP-ı təmsil edən şəxslərdən kimlərin yenidən namizəd irəli sürüləcəyini indi demək çətindir"
Milli Məclis
11 Noyabr , 2015 10:39
Siyavuş Novruzov: Parlament fəaliyyətə başladıqdan sonra YAP MSK-dakı təmsilçiləri ilə bağlı müzakirələr aparacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ "Milli Məclis yeni tərkibdə fəaliyyətə başladıqdan sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına göndərəcəyi təmsilçilərlə bağlı müzakirələr aparacaq".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqlədikdən sonra Milli Məclis səlahiyyətlərini həyata keçirəcək: "Mərkəzi Seçki Komissiyası da Milli Məclisin yeni tərkibinə uyğun formalaşdırılacaq. MSK formalaşdırılanda Yeni Azərbaycan Partiyasının rəhbərliyi müzakirələr aparıb, komissiya üzvü olacaq nümayəndələrlə bağlı qərar verəcək. Hazırda MSK-da YAP-ı təmsil edən şəxslərdən kimlərin yenidən namizəd irəli sürüləcəyini indi demək çətindi. Bu məsələ müzakirələrdən sonra məlum olacaq".

Qeyd edək ki, MSK-nın səlahiyyət müddəti 5 ildir. Komissiyanın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb. YAP-ı MSK-da Məzahir Pənahov (sədr), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir. 

Son xəbərlər

Orphus sistemi