Səməd Seyidov: "AŞPA müşahidə missiyasının bəyanatı reallığı əks etdirir"

Səməd Seyidov: "AŞPA müşahidə missiyasının bəyanatı reallığı əks etdirir" "Azərbaycanda seçicilər demokratik, sərbəst şəkildə öz mövqeyini ifadə edə bilir"
Milli Məclis
2 Noyabr , 2015 17:32
Səməd Seyidov: AŞPA müşahidə missiyasının bəyanatı reallığı əks etdirir

Bakı. 2 noyabr. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının Azərbaycandakı seçkilərin nəticələrinə dair bəyanatı reallığı əks etdirir". "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib.

"Ən vacibi odur ki, Azərbaycanda seçicilər demokratik, sərbəst şəkildə öz mövqeyini ifadə edə bilir. Seçkilər isə beynəlxalq miqyasda yüksək qiymət alıb", - o əlavə edib.

Xatırladaq ki, bu gün AŞPA-nın müşahidə missiyası seçkilərin ilkin qiymətləndirməsinə dair mətbuat konfarnsı keçirib. Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə daha geniş hesabat isə noyabrın 27-də Bolqarıstanın Sofiya şəhərində AŞPA Daimi Komitəsinin iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi