​Azərbaycan Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılacaq

​Azərbaycan Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılacaq MSK üzvlərindən ən azı biri yeni tərkibdə təmsil olunmayacaq
Milli Məclis
3 Noyabr , 2015 10:22
​Azərbaycan Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılacaq
google.az

MSK üzvlərindən ən azı biri yeni tərkibdə təmsil olunmayacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası (MSK) yenidən formalaşdırılacaq.

"Report" xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir.

MSK-nın hazırki tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nln hazırki tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

Onların arasında Akif Qurbanov MSK-da Ümid Partiyasını təmsil edir. Noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu da o deməkdir ki, MSK-nın yeni tərkibində A.Qurbanov təmsil olunmayacaq.

Çünki MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər.

A.Qurbanov yalnız bir halda MSK-da təmsil oluna bilər. Belə ki, Milli Məclisdə yer qazanmış siyasi partiyalardan bəziləri MSK üzvlüyünə məhz A.Qurbanovun namizədliyini irəli sürərsə, o, yenidən MSK üzvü ola bilər. Bu isə nəzəri cəhətdən mümkün görünsə də, praktik cəhətdən gözlənilən deyil.

Son xəbərlər

Orphus sistemi