Rusiyalı deputatlar Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək

Rusiyalı deputatlar Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək Rusiyalı deputatlardan ibarət nümayəndə heyəti oktyabrın 31-də Azərbaycana gələcək
Milli Məclis
22 Oktyabr , 2015 14:13
Rusiyalı deputatlar Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiyalı deputatlardan ibarət nümayəndə heyəti oktyabrın 31-də Azərbaycana gələcək.

"Report" xəbər verir ki, tərkibinə Dövlət Dumasının, Federasiya Şurasının deputatlarının, rusiyalı ekspertlərin daxil olduğu nümayəndə heyəti 22 nəfərdən ibarət olcaq. Onlar Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Heyətdə Dövlət Dumasının deputatlarından Sergey Juravlyov, Svetlana Jurova, Olqa Kazakova, Sergey Marinin, Yaroslav Nilov, Aleksandr Sidyakin, Olqa Timofeyeva, Əhməd Erkenov, Larisa Yakovleva yer alacaq.

Nümayəndə heyətinin səfəri noyabrın 2-də başa çatacaq.

Qeyd edək ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi