Rusiya XİN: DTİHB-in Azərbaycanda seçkilərə müşahidəçi göndərməkdən imtinası “çox təəccüblüdür”

Rusiya XİN: DTİHB-in Azərbaycanda seçkilərə müşahidəçi göndərməkdən imtinası “çox təəccüblüdür” Rusiyanın XİN-nin ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin ATƏT-i tənqid edib
Milli Məclis
2 Noyabr , 2015 22:11
Rusiya XİN: DTİHB-in Azərbaycanda seçkilərə müşahidəçi göndərməkdən imtinası “çox təəccüblüdür”

Bakı. 02 noyabr. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) standartları heç də “qızıl” deyil, onlar həm də çox sərbəst şərh edilirlər, halbuki Vyanadan həm Şərqdə, həm də Qərbdə yerləşən ölkələr üçün eyni dərəcədə dəqiq və aydın müşahidə qaydaları olmalıdır.

Bu sözləri TASS agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin deyib. O, son dörd ildə Vyanada Rusiya Federasiyasının ATƏT yanında daimi nümayəndəsi olub.

Onun sözlərinə görə, DTİHB-nin Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtinası “çox təəccübləndirib”. O deyib: “DTİHB ilə bağlı vəziyyət olduqca qəribə görünür. Məsələn, AFR-də seçkilərə cəmi iki ekspert gedib, Qırğızıstanda seçkilərə isə təxminən 600 nəfər göndərmək istəyiblər. Eyni münasibət Belarusdakı seçkilərə də aiddir. Azərbaycanda seçkilərlə bağlı isə qalmaqal yarandı. DTİHB-nin rəhbərliyi ora ağlasığmaz sayda müşahidəçilər göndərmək istəyini bildirib. Azərbaycan deyib: “Yox, biz daha məhdud missiyanı qəbul etmək istərdik”. Oxşar vəziyyət bundan əvvəl də olub. Burada yeni bir şey yoxdur. Çox ölkələr deyir ki, onlara yalnız nöqsan axtarmaqla məşğul olan, sayı minlərlə ölçülən müşahidəçi dəstələri lazım deyil. Bu, adi işdir. Odur ki, Azərbaycan dedi: “Yox, gəlin razılıq əldə edək”. Bu zaman DTİHB-nin rəhbərliyi nə üçünsə səfərdən ümumiyyətlə imtina etmək barədə anlaşılmaz qərar qəbul etdi”.

Diplomatın fikrincə, bu, “DTİHB-nin qərəzli olduğunu” bir daha təsdiqləyir.

Son xəbərlər

Orphus sistemi