Rusiya Federasiyası İctimai Palatasının üzvü: "Azərbaycanda parlament seçkiləri sakit və normal ab-havada keçirilir"

Rusiya Federasiyası İctimai Palatasının üzvü: "Azərbaycanda parlament seçkiləri sakit və normal ab-havada keçirilir" "Müşahidələr zamanı hər hansısa bir pozuntu aşkar edilməyib"
Milli Məclis
1 Noyabr , 2015 15:11
Rusiya Federasiyası İctimai Palatasının üzvü: Azərbaycanda parlament seçkiləri sakit və normal ab-havada keçirilir

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycanda parlament seçkiləri sakit və normal ab-havada keçirilir".

Bunu "Report"a açıqlamasında Rusiya Federasiyası İctimai Palatasının üzvü, "Vətəndaş Dialoqu" beynəlxalq seçki müşahidə qrupunun rəhbəri Sergey Markov deyib.

S.Markov müşahidələr zamanı hər hansısa bir pozuntu aşkar edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, artıq Bakıda 3 seçki məntəqəsində olub və müşahidələrini davam etdirir.

Son xəbərlər

Orphus sistemi