Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda prokurorluq işçisi Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb. “Report”un xəbərinə görə, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov öz təşəbbüsü ilə 70 saylı Masallı Şəhər Seçki Dairəsinin namizədi olub. Onun deputatlığa namizədliyi qeydə alınıb.