​Prezidentin köməkçisi: “Hər bir jurnalist vəsiqəsini göstərməklə Milli Məclisə keçirilən seçki prosesini izləyə bilər”

​Prezidentin köməkçisi: “Hər bir jurnalist vəsiqəsini göstərməklə Milli Məclisə keçirilən seçki prosesini izləyə bilər” “Xarici KİV-lərin jurnalistləri Azərbaycan XİN-də akkreditasiyadan keçdikdən sonra, MSK-ya müraciət etməlidir”
Milli Məclis
2 Oktyabr , 2015 12:40
​Prezidentin köməkçisi: “Hər bir jurnalist vəsiqəsini göstərməklə Milli Məclisə keçirilən seçki prosesini izləyə bilər”

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Hər bir jurnalist vəsiqəsini göstərməklə Milli Məclisə keçirilən seçki prosesini izləyə bilər. Amma bu, xarici KİV-də fəaliyyət göstərənlərə aid deyil”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, xarici KİV-lərin jurnalistləri Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçdikdən sonra, Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir: “Razılıq alındıqdan sonra müşahidə edə bilərlər. Azərbaycana qarşı kampaniya aparmaq istəyənlər bilməlidir ki, burada hər şey qanun çərçivəsində həll olunur. Ölkə daxilində jurnalistlər üçün bütün şərait yaradılıb”.

Son xəbərlər

Orphus sistemi