Pakistan Senatının üzvləri Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək

Pakistan Senatının üzvləri Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək Azərbaycan səfiri Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
Milli Məclis
23 Oktyabr , 2015 15:48
Pakistan Senatının üzvləri Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Pakistan Senatının üzvləri Azərbaycandakı parlament seçkilərini müşahidə edəcək.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov "Report"a bildirib ki, bu məsələ onun Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri Nuzhat Sadiqi ilə görüşü zamanı müzakirə olunub. 

Qeyd olunub ki, müşahidəçilərdən ibarət nümayəndə heyətinin tərkibinə Pakistan Senatı komitələrinin sədrləri və onların müavinləri daxildir. Nümayəndə heyətinin səfəri oktyabrın 30-da baş tutacaq. 

D.Şikarovun sözlərinə görə, N.Sadiqi ilə görüş zamanı həmçinin parlamentlərarası əməkdaşlıq məsələləri, eləcə də təmas xətti və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, xüsusilə də Tərtər rayonunda toy mərasiminin atəşə tutulması müzakirə olunub. 

Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi