MSK V çağırış Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurub

MSK V çağırış Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurub "Bəzi məntəqələrdə nəticələrin ləğv edilməsi ümumi nəticəyə təsir etmir"
Milli Məclis
18 Noyabr , 2015 15:30
MSK V çağırış Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurub

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) V çağırış Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq yekun vurub. “Report”un xəbərinə görə, MSK-nın bugünkü iclasında nəticələrə dair yekun protokol tərtib olunub. MSK katibi Arifə Muxtarova deyib ki, bəzi məntəqələrdə seçkinin nəticələri ləğv edilib.

Bunlar Bunlar 12 saylı Qaradağ-Binəqədi Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 52 saylı Quba Seçki Dairəsi, 82 Saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki dairəsinin bəzi məntəqələridir. Qeyd olunub ki, bəzi məntəqələrdə nəticələrin ləğv edilməsi ümumi nəticəyə təsir etmir.

MSK üzvləri protokolun tərtib edilməsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi