MSK Tənzilə Rüstəmxanlının müraciəti ilə bağlı qərarını açıqlayıb

MSK Tənzilə Rüstəmxanlının müraciəti ilə bağlı qərarını açıqlayıb DSK-ya 550 imza təqdim edilib, onlardan 180-i etibarsız sayılıb
Milli Məclis
5 Oktyabr , 2015 16:23
MSK Tənzilə Rüstəmxanlının müraciəti ilə bağlı qərarını açıqlayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədliyini irəli sürən Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının MSK-ya etdiyi müraciətə baxılıb.

“Report”un məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb. Məlum olub ki, T.Rüstəmanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-i etibarsız olub.

Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi