​MSK səsvermənin nəticələrinin yoxlanılması işini noyabrın 21-dək yekunlaşdıracaq

​MSK səsvermənin nəticələrinin yoxlanılması işini noyabrın 21-dək yekunlaşdıracaq Protokollar yoxlandıqdan sonra seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək
Milli Məclis
2 Noyabr , 2015 16:15
​MSK səsvermənin nəticələrinin yoxlanılması işini noyabrın 21-dək yekunlaşdıracaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması işini noyabrın 21-dək başa çatdıracaq.

"Report" xəbər verir ki, "V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesi səsvermə günündən ən geci 20 gün keçənədək başa çatmalıdır.

Həmin təqvim planına əsasən, MSK protokolları yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində təsdiqləməlidir.

Son xəbərlər

Orphus sistemi