MSK sədrinin müavini bəzi deputatlığa namizədliyini irəli sürən şəxslərə imza verənlərin sonradan imzalarını geri götürməsinə münasibət bildirib

MSK sədrinin müavini bəzi deputatlığa namizədliyini irəli sürən şəxslərə imza verənlərin sonradan imzalarını geri götürməsinə münasibət bildirib “Seçkidə iştirak edən subyektlər bəzən səhvlərə yol verirlər”
Milli Məclis
7 Oktyabr , 2015 10:48
MSK sədrinin müavini bəzi deputatlığa namizədliyini irəli sürən şəxslərə imza verənlərin sonradan imzalarını geri götürməsinə münasibət bildirib

Bakı. 7 oktyabr. REPORT.AZ/ “İmza toplama kampaniyasında bəzi neqativ hallar baş verir, bəzən seçicilər bilməyərəkdən imza verirlər. Bu, yol, qaz çəkilişi adı ilə bağlı ola bilər. Biz bundan təəssüflənirik. Vətəndaşların iradəsindən sui-istifadə etmək olmaz. Bütün bunların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədli deyib. O xatırladıb ki, seçki prosesi müxtəlif mərhələlərdən ibarətdir: “Bu proseslərə baxsaq, görərik ki, prosesdə xeyli subyekt iştirak edir. Maarifləndirmə işinin aparılması həmişə hədəfimiz olub, əlbəttə ki, bu da zamana bağlı məsələdir. Seçkinin mahiyyətində maarifləndirmə durur.  Seçki prosesi iştirakçılarının maarifləndirmə səviyyəsinin qaldırılması istiqamətində gördüyümüz işlər müsbət nəticə verərsə, imzaların toplanılması ilə bağlı bu cür hallar olmayacaq. Seçkidə iştirak edən subyektlər bəzən səhvlərə yol verirlər. İmzatoplama kampaniyasında 18 yaşına çatan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Onların da münasibətindən, bacarığından və bir sıra məsələlərdən asılı olaraq bu cür hallar baş verir”.

Son xəbərlər

Orphus sistemi