MSK: Saat 17:00-dək seçicilərin 50,1 faizi səs verib

MSK: Saat 17:00-dək seçicilərin 50,1 faizi səs verib Səsvermə davam edir
Milli Məclis
1 Noyabr , 2015 17:19
MSK: Saat 17:00-dək seçicilərin 50,1 faizi səs verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.
“Report”un məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan indiyədək ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 50,1 faizi ( 2 605 948 nəfər) səsvermədə iştirak edib.

Ən yüksək aktivlik 78,8 faizlə (38 142 ) 14 saylı Xəzər, ən aşağı isə nəticə isə 31,09 faizlə (12 204) 31 saylı Suraxanı ikinci Seçki Dairəsində müşahidə olunub.

Səsvermə davam edir.

Son xəbərlər

Orphus sistemi