Bakı. 10 oktyabr. REPORT.AZ/
“Report”un məlumatına görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən N.Yaqublu müraciətində DSK-nın qərarının əsassız olduğunu iddia edib.
MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində N.Yaqublunun DSK-ya təqdim etdiyi 550 imzadan 160-nın etibarsız olduğu üzə çıxıb. 160 seçici onlardan aldadılma yolu ilə imzaların toplanıldığını bildirib.
Ona görə MSK DSK-nın N.Yaqublu ilə bağlı qərarı qüvvədə saxlayıb və onun namizədliyi qeydə alınmayıb.