MSK Müsavat Partiyasının Məclis sədrinin şikayətini təmin etməyib

MSK Müsavat Partiyasının Məclis sədrinin şikayətini təmin etməyib Nüşabə Sadıxlının DSK-ya təqdim etdiyi imzalar yetərli sayılmayıb
Milli Məclis
10 Oktyabr , 2015 16:31
MSK Müsavat Partiyasının Məclis sədrinin şikayətini təmin etməyib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlının şikayətinə baxılıb.

“Report”un məlumatına görə, 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürən N.Sadıxlı müraciətində onun namizədliyini qeydə alınmaması ilə bağlı DSK-nın qərarına etiraz edib.
MSK katibi Arifə Muxtarova deyib ki, DSK qərarını imzaların yetərli olmaması ilə əsaslandırıb.
MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində də məlum olub ki, N.Sadıxlının DSK-ya təqdim etdiyi imzaların deputatlığa namizədliyi qeydə alınması üçün yetərli deyil. Ona görə Müsavat Partiyasının Məclis sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb.
N.Sadıxlının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-nın qərarına etiraz edib.

Son xəbərlər

Orphus sistemi