MSK Müsavat Partiyası təmsilçisinin şikayətini təmin edib

MSK Müsavat Partiyası təmsilçisinin şikayətini təmin edib Məlum olub ki, DSK Xasay Səfəroğlunun müraciətinə baxan zaman yanlışlığa yol verib
Milli Məclis
28 Oktyabr , 2015 16:32
MSK Müsavat Partiyası təmsilçisinin şikayətini təmin edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlunun şikayətinə baxılıb.

“Report”un məlumatına görə, 71 saylı Masallı kənd Seçki Dairəsindən namizədliyini irəli sürən X.Səfəroğlu müraciətində onun seçkiqabağı təşviqat zamanı keçirdiyi görüşlərə maneçilik törədilyini iddia edib.

X.Səfəroğlu müraciətində bildirib ki, seçicilərlə görüşdən sonra kənd sakinləri ilə söhbəti zamanı ona icra nümayəndələri əngəl olublar, bununla bağlı DSK-ya müraciət edib. DSK isə onun şikayətini təmin etməyib.
MSK-nın Ekspert Qrupunun araşdırılması nəticəsində məlum olub ki, DSK X.Səfəroğlunun müraciətinə baxan zaman yanlışlığa yol verib. 

X.Səfəroğlunun müraciəti qismən təmin edilib və baxılması üçün yenidən DSK-ya göndərilib.

Son xəbərlər

Orphus sistemi