MSK Mirmahmud Mirəlioğlunun müraciəti ilə bağlı qərarını açıqlayıb

MSK Mirmahmud Mirəlioğlunun müraciəti ilə bağlı qərarını açıqlayıb MSK DSK-nın qərarını qüvvədə saxlayıb
Milli Məclis
8 Oktyabr , 2015 18:24
MSK Mirmahmud Mirəlioğlunun müraciəti ilə bağlı qərarını açıqlayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun şikayətinə baxılıb.

“Report”un məlumatına görə, “Azadlıq-2015” seçki bloku tərəfindən 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən M.Mirəlioğlu MSK-ya müraciətində bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb.

M.Mirəlioğlunun səlahiyyətli nümayəndəsi Bəybala Əbil məlumat verib ki, Dairə Seçki Komissiyası M.Mirəlioğlunun 550 seçici imzasından 114-nü etibarsız hesab edib. Onun sözlərinə görə, DSK seçici imzalarında bəzi qeydlərin olmadığını əsas gətirib.

Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, M.Mirəlioğlunun DSK-ya təqdim etdiyi 550 imzadan 114-ü etibarsızdır.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb, M.Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi