​MSK keçmiş daxili işlər nazirinin şikayətinə baxıb

​MSK keçmiş daxili işlər nazirinin şikayətinə baxıb MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlərin sayının çox olması və yerlə bağlı problem ola bilər
Milli Məclis
16 Oktyabr , 2015 12:46
​MSK keçmiş daxili işlər nazirinin şikayətinə baxıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan İsgəndər Həmidovun şikayətinə baxılıb.

“Report”ub məlumatına görə, İ.Həmidov müraciətində seçkiqabağı təşviqatın aparılmasına imkan yaradılmadığını bildirib. O qeyd edib ki, təşviqat aparmasında maneçilik törədilir.

MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlərin sayının çox olması və yerlə bağlı problem ola bilər. O, MSK üzvlərinə məsələni araşdırmağı tapşırıb.

MSK məsələni baxılması üçün 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasına göndərib.

Son xəbərlər

Orphus sistemi