​MSK İqbal Ağazadənin şikayətinə baxıb

​MSK İqbal Ağazadənin şikayətinə baxıb Şikayət Dairə Seçki Komissiyasına göndərilib
Milli Məclis
5 Noyabr , 2015 16:19
​MSK İqbal Ağazadənin şikayətinə baxıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxılıb.

“Report”un məlumatına görə, İ.Ağazadə şikayətində seçki dairəsinin 17, 18 və 26-cı məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciət hazırda qüvvədə olan qaydaların pozulması ilə MSK-ya daxil olub. Ona görə də MSK müraciətə baxılması üçün DSK-ya göndərib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib.

Son xəbərlər

Orphus sistemi