Milli Məclisə seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi müddəti başa çatıb

Milli Məclisə seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi müddəti başa çatıb Seçici siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 25 gün qalmış yekunlaşmalıdır
Milli Məclis
7 Oktyabr , 2015 12:29
Milli Məclisə seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi müddəti başa çatıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları tərəfindən hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi müddəti başa çatıb.

"Report"un məlumatına görə, seçici siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 25 gün qalmış yekunlaşmalıdır.

Məntəqə seçki komissiyalarının seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar etməsi müddəti də başa çatıb.

Proses seçkiyə start verildiyi andan (avqustun 28-dən) səsvermə gününə azı 25 gün qalmış başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi