Bakı. 23 sentyabr. REPORT.AZ/ “Parlament seçkilərində iştirak etmək üçün indiyədək seçki dairələrinə 1 283 nəfər müraciət edib. Onlardan 543-ü siyasi partiyalar, 57-si “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 680 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 127-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.
“Report”un məlumatına görə, bunu
O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 014 nəfər imza vərəqəsi alıb: “270 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 111-nin deputatlığa namizədliyi qeydə alınıb”.
M.Pənahovun sözlərinə görə, 102 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabın 1-də keçiriləcək.