Məzahir Pənahov: “Seçkilərdə hakim Yeni Azərbaycan Partiyası qalib gəlib”

Məzahir Pənahov: “Seçkilərdə hakim Yeni Azərbaycan Partiyası qalib gəlib” “Mərkəzi Seçki Komissiyasına bir müraciət daxil olub”
Milli Məclis
2 Noyabr , 2015 13:29
Məzahir Pənahov: “Seçkilərdə hakim Yeni Azərbaycan Partiyası qalib gəlib”

Bakı. 2 noyabr. REPORT.AZ/ “Parlament seçkilərində səsvermənin nəticələrinə əsasən liderlik edən namizədlərin bir hissəsi 10 siyasi partiyanın nümayəndəsidir. Lider namizədlər arasında 124-ü ali təhsilli, bir nəfər isə orta ixtisas təhsillidir”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov parlament seçkilərində səsvermənin yekun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, MSK-ya seçkilərə kölgə sala biləcək müraciət daxil olmayıb: “Amma bir müraciət daxil olub, ona da bu gün baxılacaq. Beynəlxalq təşkilatların nümayəndələri də səsvermə prosesini izləyiblər. Burada Azərbaycan ictimaiyyətinin rəyidir, onlar razı qalıblarsa, deməli, seçki normal keçirilib”.

M.Pənahov deyib ki, məntəqələrdə quraşdırılan veb-kameralar vasitəsilə 200 min baxış olub.

MSK sədri bildirib ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyası (YAP) qalib gəlib.

Son xəbərlər

Orphus sistemi