​MDB PA DİMBİ-nin Bakı filialı Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı monitorinqə başlayıb

​MDB PA DİMBİ-nin Bakı filialı Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı monitorinqə başlayıb Filialının nümayəndələri namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinə nəzarət edəcəklər
Milli Məclis
17 Sentyabr , 2015 11:03
​MDB PA DİMBİ-nin Bakı filialı Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı monitorinqə başlayıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ MDB PA-nın iştirakçı dövlətlərində Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu (MDB PA DİMBİ) Bakı filialının əməkdaşları Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı uzunmüddətli monitorinqə başlayıb. 

MDB PA DİMBİ Bakı filialından "Report"a bildiriblər ki, Mərkəzi Seçki Komissiyası tərəfindən yerli müşahidəçilər qismində akkreditasiya olunan filialının nümayəndələri namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinə, seçkilərin hazırlanması və keçirilməsinə məsul olan dövlət qurumlarının işinə nəzarət edəcək, eləcə də təşviqat kampaniyasının gedişini diqqətdə saxlayacaq.

Son xəbərlər

Orphus sistemi