​MDB müşahidəçiləri Azərbaycanda bir sıra siyasi partiya rəhbərlərilə görüşəcəklər

​MDB müşahidəçiləri Azərbaycanda bir sıra siyasi partiya rəhbərlərilə görüşəcəklər Yevgeni Sloboda: "Seçkilərin hazırlanması prosesinə nəzarət müvafiq qrafikə uyğun olaraq həyata keçiriləcək"
Milli Məclis
19 Oktyabr , 2015 15:30
​MDB müşahidəçiləri Azərbaycanda bir sıra siyasi partiya rəhbərlərilə görüşəcəklər

Bakı. 19 oktyabr. REPORT.AZ/ MDB müşahidə missiyası qərargahının üzvləri Azərbaycanda bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərilə bağlı məsələləri müzakirə etmək üçün bir sıra aparıcı siyasi partiyaların rəhbərlərilə görüşmək niyyətindədir. 

Bu barədə "Report"a MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda missiyanın fəaliyyəti haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, seçkilərin hazırlanması prosesinə nəzarət müvafiq qrafikə uyğun olaraq həyata keçiriləcək: "Hesab edirik ki, 130 müşahidəçi kifayət edir. Biz monitorinqə cəlb olunan seçki məntəqələrini seçicilərin sayına görə müəyyənləşdirmişik və sonra həmin müşahidələr nəticəsində yekun qərarımızı təqdim edəcəyik".

Qeyd edək ki, MDB müşahidə missiyası Azərbaycanda bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinin monitorinqini həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi