​MSK "Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

​MSK "Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb
Milli Məclis
6 Oktyabr , 2015 12:10
​MSK Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Seçki günü üçün yaddaş" kitabçası hazırlayıb.

MSK katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaqdır.

Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması izah olunub.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.

"Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi