Bolqarıstanlı deputat: "Azərbaycanda seçkilərin sakit qarşılanması saxtakarlığın baş verməməsinin göstəricisidir"

Bolqarıstanlı deputat: "Azərbaycanda seçkilərin sakit qarşılanması saxtakarlığın baş verməməsinin göstəricisidir" "Demokratik seçkinin necə keçirildiyini görmək istəyən Azərbaycana gəlsin və burada seçkilərin təşkili təcrübəsini öyrənsin"
Milli Məclis
2 Noyabr , 2015 12:32
Bolqarıstanlı deputat: Azərbaycanda seçkilərin sakit qarşılanması saxtakarlığın baş verməməsinin göstəricisidir

Bakı. 2 noyabr. REPORT.AZ/ "Demokratik seçkinin necə keçirildiyini görmək istəyən Azərbaycana gəlsin və burada seçkilərin təşkili təcrübəsini öyrənsin". Bunu "Report"a açıqlamasında Bolqarıstan parlamentinin deputatı Dariktova Prodanova bildirib.

O qeyd edib ki, Azərbaycanda keçirilən parlament seçkilərini Bolqarıstan parlamentinin 5 nəfərdən ibarət nümayəndə heyəti ilə müşahidə edib: "Biz seçkiləri izlədik, seçkilər demokratik və şəffaf keçirilməsi ilə yanaşı həm də nizam, intizam qaydalarına uyğun şəkildə keçirilib. Adətən Avropa ölkələrində keçirilən seçkilərdə insanlar seçkilər prosesinə etirazını bildirərək küçələrə axışır, mitinqlər keçirir, aksiyalar təşkil edir. Təbii ki, bunlar seçkidə baş verən saxtakarlıqlara qarşı keçirilir. Azərbaycanda seçkilərin sakit qarşılanması saxtakarlığın baş verməməsinin göstəricisidir".

Son xəbərlər

Orphus sistemi