"​Aztelekom": "Seçki prosesini internet üzərindən və fasiləsiz izləmək üçün bütün lazımi tədbirlər görülüb"

"​Aztelekom": "Seçki prosesini internet üzərindən və fasiləsiz izləmək üçün bütün lazımi tədbirlər görülüb" "Regionlarda rabitənin dayanıqlığı tam təmin edilib"
Milli Məclis
1 Noyabr , 2015 14:54
​Aztelekom: Seçki prosesini internet üzərindən və fasiləsiz izləmək üçün bütün lazımi tədbirlər görülüb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Aztelekom" MMC-nin xidməti ərazisində 86 dairə üzrə 671 məntəqədə veb kameralar quraşdırılıb, bütün bu məntəqələr alternativ enerji mənbələri ilə təmin edilib".

Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, regionlarda rabitənin dayanıqlığı tam təmin edilib: "Qaçqınların yaşadıqları ərazilər və ucqar məntəqələr də rabitə ilə təmin edilib. Veb-kameralar vasitəsilə seçki prosesini internet üzərindən və fasiləsiz izləmək üçün bütün lazımi tədbirlər görülüb".

Son xəbərlər

Orphus sistemi