Prezident İlham Əliyev: "Azərbaycan demokratiyaya sadiqdir"

Prezident İlham Əliyev: "Azərbaycan demokratiyaya sadiqdir" "Milli Məclisə keçirilən seçkilər xalqın iradəsini tam ifadə edib"
Milli Məclis
24 Noyabr , 2015 17:23
Prezident İlham Əliyev: Azərbaycan demokratiyaya sadiqdir

Bakı. 24 noyabr. REPORT.AZ/ "Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər xalqın iradəsini tam ifadə edib. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib. Bunu beynəlxalq müşahidəçilər də təsdiqləyib. Bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan demokratiyaya sadiqdir və ölkədə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir: "Son illərdə ölkədə gedən inkişaf prosesləri də bu seçkilərin nəticələrinə mühüm təsir edib". 

Ölkənin beynəlxalq nüfuzunun artdığını, dünyada etibarlı tərəfdaş kimi tanındığını, iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, bunun da Azərbaycan vətəndaşının həyatına təsir etdiyini, yoxsulluq və işsizlik sahəsində Azərbaycanın ciddi nailiyyətlər qazandığını diqqətə çatdıran Prezident İlham Əliyev bütün bu işlərin təməlində sabitliyin dayandığını bildirib.

Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin ən yüksək səviyyədə qorunduğunu deyən ölkə başçısı bu məsələdə dövlət siyasəti ilə ictimai dəstəyin vəhdət təşkil etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi