Avstriyalı deputat: "Səsvermə prosesi şəffaf keçib"

Avstriyalı deputat: "Səsvermə prosesi şəffaf keçib" F.Obermayer seçki prosesində qadınların fəal iştirakını qeyd edib
Milli Məclis
2 Noyabr , 2015 14:52
Avstriyalı deputat: Səsvermə prosesi şəffaf keçib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda parlament seçkiləri zamanı qanun pozuntuları aşkar edilməyib".

"Report" xəbər verir ki, bunu Avropa Parlamentinin nümayəndə heyətinin üzvü, avstriyalı deputat Frants Obermayer deyib.

Onun sözlərinə görə, 7 seçki məntəqəsində olub və heç bir pozuntu halına rast gəlməyib: "Səsvermə prosesi şəffaf keçib".

Gözə görünməyən mürəkkəbdən istifadənin onun üçün yenilik olduğunu vurğulayan F.Obermayer seçki prosesində qadınların fəal iştirakını qeyd edib.

Son xəbərlər

Orphus sistemi