Bakı. 6 oktyabr. REPORT.AZ/ "Viza" hüquq firmasının böyük hüquq məsləhətçisi, hüquqşünas Aslan İsmayılov deputatlığa namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılıb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.
20 saylı Nərimanov ikinci seçki dairəsində 8 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərdən biri hazırda
Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəddir.