​Azərbaycanda xərçəngdən əziyyət çəkən jurnalist dünyasını dəyişib

​Azərbaycanda xərçəngdən əziyyət çəkən jurnalist dünyasını dəyişib Gülər Məmmədova ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşıdır
Media
19 Dekabr , 2015 09:14
​Azərbaycanda xərçəngdən əziyyət çəkən jurnalist dünyasını dəyişib

Bakı. 19 dekabr. REPORT.AZ/ ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə M.Hüseynov məlumat verib.

O, G.Məmmədovanın Quba rayonunda dəfn ediləcəyini bildirib.

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunmuşdu.

Onun iki azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi